İdman 14.05.2022

Namik Ələskərovun komandası aşağı liqaya düşdü

Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyənin "Bursaspor" klubunda növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi səfərdə "Bandırmaspor"a qarşı I Liqanın XXXVII tur matçında iştirak edib.

Qarşılaşma Bursa təmsilçisinin 2:4 hesablı məğlubiyyəti ilə bitib. Görüşə start heyətdə başlayan Ələskərov 63-cü dəqiqədə əvəzlənib.

"Timsahlar" 35 oyuna 41 xalla 16-cı pillədə qərarlaşıb və komandanın sona bir tur qalmış aşağı liqaya düşəcəyi dəqiqləşib.