Namik Ələskərovun sabiq klubu üçüncü liqaya düşdü
	
2010-cu ildə çempionluq qazanan və UEFA Çempionlar Liqasında mübarizə aparan "Bursaspor" üçüncü liqaya düşüb.
	
Qaynarinfo-nun məlumatına görə, Türkiyə futbol tarixinin tanınmış klublarından olan "Bursaspor"un tənəzzülü davam edir. Böyük iqtisadi böhran yaşayan "Timsahlar" tarixində ilk dəfə üçüncü liqaya düşüb.
 
	
Tarixi uğura imza atan və 2010-cu ildə ilk dəfə Super Liqa çempionu olan "Bursaspor" 2018-19 mövsümündə aşağı liqaya düşüb. 2021-22 mövsümündə isə növbəti dəfə aşağı səviyyəli çempionata "sürüşüb." Bu mövsüm isə komanda heç ikinci liqada da qala bilməyib. Bu "1461 Trabzon"la oyundan sonra baş verib. Rəqibinə 1:2 hesabı ilə məğlub olan komandanın daha aşağı liqaya düşməsi rəsmiləşib. 
	
Millimizin və "Sabah"ın futbolçusu Namik Ələskərov 2021-ci ildə "Bursaspor"da forma geyinib.
	
Səbuhi Həsənov
             
            
Şərhlər