Xəbər lenti

Namik Ələskərovun yeni baş məşqçisinin adı açıqlandı - RƏSMİ
İdman 15:43 21.09.2021

Namik Ələskərovun yeni baş məşqçisinin adı açıqlandı - RƏSMİ

Millimizin üzvü Namik Ələskərovun da formasını geyindiyi "Bursaspor"un yeni baş məşqçisi müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bursa təmsilçisinin Özcan Bizati ilə anlaşdığı bildirilib. Mütəxəssislə 1+1 illik müqavilə imzalanıb. Bizati cari mövsüm "Bursaspor"a təyin edilmiş üçüncü baş məşqçi olub. Mövsümə Mustafa Erlə başlayan komanda daha sonra Fatih Tekkeye, ardından Özcan Bizatiyə tapşırılıb.

Namik Ələskərov bu yay "Neftçi"dən "Bursaspor"a transfer olunub.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->