Dünya 18:00 23.05.2019

Narendra Modi hakimiyyətdə qalacaq

Hindistanda 11 aprel - 19 may tarixlərində keçirilən parlament seçkilərinin nəticəsi elan edilib.

Qaynarinfo xəbər verir ki, baş nazir Narendra Modinin rəhbərlik etdiyi Hindistan Xalq Partiyası parlamentdəki 543 yerdən 299-una sahib çıxıb. Hökuməti qurmaq üçün minimum 272 yer lazımdır. 

Qeyd edək ki, proses dünyanın ən böyük seçkisi kimi tarixə düşmüşdü.

Gülşən