Dünya 13:55 24.07.2020

Narkotik itləri koronavirusu müəyyənləşdirə bilir (ARAŞDIRMA)

Almaniyada tədqiqatçılar narkotik maddələrin axtarışlarında istifadə edilən itləri Covid-19 virusunu müəyyənləşdirə biləcəkləri şəkildə təlimatlandırdıqlarını açıqlayıblar.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu abrədə Hannoverdəki Baytarlıq Universitetində Almaniya ordusunun dəstəyi ilə araşdırma aparılıb. Araşdırma çərçivəsində bir həftəlik təlimdən sonra 8 itin koronavirus qarışdırılmış nümunələri təmiz nümunələrdən 94 faiz düzgün ayırdıqları müşahidə edilib.

Tədqiqatçılar hava limanları və idman yarışlarının keçirildiyi kütləvi ictimai yerlərdə bu itlərdən yararlana biləcəklərini söyləyirlər.

Böyük Britaniya və digər ölkələr də narkotik itlərinin koronavirusu müəyyənləşdirmə potensiyalı üzərində araşdırmalara başlayıblar.

Camal