Foto 08:56 03.08.2019

NASA alimi ölkə gözəli seçildi (FOTOLAR)

2019-cu il "İrlandiya gözəli" seçilib.

Qaynarinfo xəbər verir ki, müsabiqənin qalibi NASA alimi Fionquala O’Reilli olub. 28 yaşlı gözəl həm gözəllik tacına, həm də 70 min avroya sahib çıxıb. 

Gələcək planlarından bəhs edən Fionquala O’Reilli elm sahəsində qadınların sayını artırmaq istədiyini bildirib: "Ümumiyyətlə, xanımların hər sahədə uğur qazanması ən böyük arzumdur".

Qeyd edək ki, Fionquala O’Reilli İrlandiyanı "Miss Universe" də təmsil edəcək.