Dünya 13:32 23.12.2018

NASA sürətlə Yerə yaxınlaşan asteroidin görüntüsünü yaydı

NASA dünyaya yaxınlaşan "Holiday" asteroidinin radar vasitəsilə görüntüləyə bilib. 

Qaynarinfo xəbər verir ki, Kaliforniyadakı "Goldstone" Günəş sistemi radarı vasitəsilə müşahidə edilən asteroidin ölçüsü 1,6 km-dir. "2003 SD220" adlı "Holiday"in Yerin 2,9 milyon km məsafəsindən keçməsi gözlənilir.

Qeyd edək ki, "Holiday" Yerə son 400 ildə ən yaxın məsafədə olacaq. Asteroidin 2070-ci ildə planetimizə daha da yaxınlaşması gözlənilir.

Gülşən