Xəbər lenti

NATO əvvəlki məzmununu qaytarır?..
Hüseynbala Səlimov
Siyasət 11:05 25.10.2021

NATO əvvəlki məzmununu qaytarır?..

Hüseynbala Səlimov

Etiraf edək ki, deməyə çətinlik çəkirik, əgər Donald Tramp ikinci dəfə prezident seçilsəydi, NATO ilə necə olardı? Düşünürük ki, o, məhz bu səbəbə görə təkrar seçilmədi – insanlar belə hesab etdilər ki, Trampsız keçinmək olar, amma bunu NATO haqqında demək olmur, çünki bu cür ciddi təşkilatı boşboğazlar idarəsinə çevirmək günahdır.

Yeni prezidentin –C.Baydenin öz səlahiyyətlərinə başlamasından isə bir ildən bir az vaxt keçib, odur ki, hansısa nəticə çıxarmaq hələ tezdir. Amma bir məsələ aydındır: siyasi müşahidəçilər Alyansın müxtəlif tədbirləri haqqında daha ciddi düşünməyə başlayıblar, siyasi qalmaqal həvəskarları üçün daha az mövzu qalıb.

Amma Blokun daha özəl, təbii qalmaqalları var. Ötən həftə Rusiyanın Xarici İşləri naziri Sergey Lavrov bəyan etdi ki, ölkəsi Alyansdan təmsilçisini geri çağırır. Prezidentin sözçüsü Dmitri Peskov isə dedi ki, NATO əməkdaşlıq üçün yox, qarşıdurma üçün yaranıb.

Belədirmi? Məlum olduğu kimi, ötən əsrin doxsanıncı illərinin əvvəllərində NATO ciddi şəkildə Rusiyanı təşkilata üzv olmağa çağırırdı. Amma çox təəssüf! Rusiya israr edirdi ki, ona xüsusi stastus verilsin, hansı ki, Alyans üzvlərinin, səhv etmiriksə, heç birində yoxdur. Odur ki, D.Peskovun sözlərinə şərh verərək demək olardı ki, bəs NATO  yox, məhz Rusiya qarşıdurma üçün mövcuddur.

Xüsusi status Rusiyanın nəyinə lazımdır? Məsələ bundadır ki, Moskvanın siyasəti heç bir çərçivəyə sığmır. O, NATO-nun üzvü olsaydı, Krımı, Abxaziyanı və Cənubi Osetiyanı işğal edə bilməyəcəkdi, post-sovet məkanında münaqişələr yaradıb onları qızışdıra bilməyəcəkdi. Hər şey daha sadə olacaqdı...

Təsadüfi deyil ki, insanlar NATO-dan Rusiya ilə əməkdaşlıq yox, məhz qarşıdurma umurlar. Nəyə görə Gürcüstan, Ukrayna və Moldova NATO-ya can atırlar? Sualın cavabı sadədidir: onlar Blokun köməyilə ərazi bütövlüklərini bərpa və təhlükəsizliklərini təmin etmək istəyirlər. 

İki həftə bundan əvvəl ABŞ-ın müdafiə naziri Gürcüstana səfər etdi və gürcü hakimiyyətilə növbəti hərbi müqavilə imzaladı. Sual olunur: Rusiya ilə üç yüz illik əlaqalərə malik olan bir ölkə niyə bunu Moskva ilə etmir? Niyə görə Tiflis, Kiyev və Kişinyov dəstəyi Rusiyada yox, ondan kənarda axtarırlar? Niyə görə gürcülər Rusiyanı özlərinin keçmişi adlandırırlar? Düşünürük ki, cavabı aydındır: Rusiya əməkdaşlıq etmək çox qəliz məsələdir, Moskvaya dost, tərəfdaş yox, nökər lazımdır.

Gürcüstan Rusiya ilə münasibətlərə çar İlyanın dövründə başlamışdı. Bu  üç yüz illik bir dövr deməkdir. İndi Gürcüstan hətta "altılıq formatı”nda iştirak etmək istəmir, çünki burada Rusiya var.

Azərbaycana gəldikdə, biz daim yazırıq ki, bizim də Rusiyaya qarşı dəyənəyimiz olsaydı, bu, heç də pis olmazdı. Belə bir dəyənək isə NATO ola bilər. Bəli, biz çox deyə bilərik ki, daha geosiyasi balanslaşdırma ilə məşğul olmayacaq və milli təhlükəsizliyimizdən irəli gələn tələblər üzrə hərəkət edəcəyik. Amma balanslaşdırmanı məhz təhlükəsizliyimiz diqtə edirsə, bəs onda necə? Ona görə də NATO - Rusiya, Rusiya – Qərb müstəvilərində baş verənlərə həssas olmalıyıq.

Əsas geosiyasi mərkəzlərdən bərabər məsafə saxlamaq bizim maraqlarımıza daha çox cavab verir. Rusiya Alyansdan təmsilçisini geri çağırır ki, onunla əməkdaşlıq alımadı. 

Amma burada generalların Bakıdakı görüşləri yada düşür. NATO və Rusiya haqqında nəsə deməyə çətinlik çəkirik, amma bizə elə gəlir ki, bu görüşlərdən ilk olaraq bizim Bakı qazanırdı...

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->