Dünya 13:10 10.10.2019

NATO-nun baş katibi Türkiyəyə gəlir

NATO-nun baş katibi Yens Stoltenberq sabah Türkiyəyə səfər edəcək.

Qaynarinfo xəbər verir ki, məlumatı Türkiyənin Xarici İşlər Nazirliyi yayıb.

O, son günlərin əsas mövzularına dair Türkiyə rəsmiləri ilə müzakirələr aparacaq.

Baş katibin Türkiyə prezidenti Rəsəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.