2024-cü ildə Ukrayna NATO üzvü olan ölkələrdən 50 milyard dollar hərbi yardım alıb. Bu il ötürülən silahların miqdarı artırılacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Alyansın hərbi komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone "Corriere della Sera" qəzetinə bildirib.
"Biz hərbi yardımı davam etdirmək və hətta onu artırmaq niyyətindəyik. İndi aydın görünür ki, ukraynalılar dialoqa can atırlar, lakin ruslar bunu istəmir və dalana dirənir", deyə o qeyd edib.
Kavo Draqone Rusiyaya qarşı sanksiyaların gücləndiriləcəyinə ümid etdiyini bildirib. O, Ukraynanın güc mövqeyindən çıxış etməli olduğunu vurğulayıb.
Admiral həmçinin 2025-ci il yanvarın 1-nə NATO ölkələrindən Ukraynaya hərbi yardımın həcminin artıq 33 milyard dollara çatdığını bölüşüb. O əlavə edib ki, ilin sonuna qədər Kiyev mütləq keçən il olduğu qədər yardım alacaq. Bundan əlavə, Kavo Draqone Ukrayna ordusunu yüksək səviyyəli hazırlığa görə tərifləyib. Onun sözlərinə görə, Avropa ölkələri Ukraynadan nümunə götürməlidir:
"Ukrayna ordusu Avropa üçün bir modeldir. Hər fürsətdə NATO bir daha bəyan edir ki, bizim Ukraynaya tam dəstəyimiz heç vaxt dəyişməyib və ədalətli və davamlı sülh əldə olunmayana qədər də dəyişməyəcək".
Bundan əvvəl "Bild" Kieldəki Dünya İqtisadiyyatı İnstitutunun (IfW) Ukraynaya Dəstək İzləyicisi layihəsinə istinadən yazmışdı ki, Avropa ölkələri 2025-ci ilin əvvəlindən iyunun sonuna qədər Ukraynanın silahlanmasına ən azı 35,1 milyard avro ayırıblar. Bu, ABŞ-ın köçürdüyündən 4,4 milyard avro çoxdur.
IfW eksperti Taro Nişikava izah edib ki, bu, silahların anbarlardan sənaye istehsalına ötürülməsinə aydın keçiddən xəbər verir. Xüsusilə, may və iyun aylarında Avropanın Ukraynaya hərbi yardım üçün ayırmağa söz verdiyi 10,5 milyard avronun ən azı 4,6 milyard avrosu birbaşa sənaye sifarişlərinə yönəldilib.
Aydın
Şərhlər