Xəbər lenti

NATO Rusiya dronlarının Polşaya girməsini Alyansa hücum sayırmı?
Dünya 17:04 10.09.2025

NATO Rusiya dronlarının Polşaya girməsini Alyansa hücum sayırmı?

NATO bu gecə Rusiya dronlarının Polşa ərazisinə daxil olmasını Alyans üzvünə hücum kimi qiymətləndirmir.

Qaynarinfo xəbər verir ki, NATO-dakı mənbəyə istinadla məlumatı Polşa mediası, o cümlədən "Onet” yayıb.

Agentliyin həmsöhbətinin sözlərinə görə, ilkin məlumatlar "Polşadakı insidentin Rusiya pilotsuzlarının qəsdən müdaxiləsi” olduğunu göstərir.

Buna baxmayaraq, mənbə əlavə edib ki, "NATO Rusiya pilotsuzlarının Polşa ərazisinə daxil olmasını hücum hesab etmir”.

Polşanın baş naziri Donald Tusk çərşənbə günü bildirib ki, bu gecə ilk dəfə Rusiya dronları NATO dövlətinin ərazisində vurulub, lakin onun sözlərinə görə, panikaya əsas yoxdur.

Aİ diplomatiyasının rəhbəri Kaya Kallas Rusiya dronlarının Polşaya hücumundan sonra bunun Avropa İttifaqı dövlətinin hava məkanının Rusiya tərəfindən qəsdən və ən ciddi şəkildə pozulması olduğunu deyib.

Ukrayna prezidenti Vladimir Zelenski isə bildirib ki, bu gecə azı səkkiz zərbə dronu Polşa istiqamətində göndərilib və dövlət başçısı rusların özlərinin bu qəsdən atdıqları addımların nəticələrini hiss edəcəklərini gözlədiyini vurğulayıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->