"Naxçıvan” Beynəlxalq Hava Limanı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyinə verilib.
Qaynarinfo-nun məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Müvafiq olaraq "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” qərara dəyişiklik edilib və "Naxçıvan” Beynəlxalq Hava Limanı "Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin tabeliyindən çıxarılıb.
"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu Qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etmək tapşırılıb.
Bu Qərar 2021-ci il iyulun 1-dən qüvvəyə minir.
Şərhlər