Ekonomiks 12:59 10.01.2014

Naxçıvanda benzinin qiyməti endirildi

Yanvarın 5-də Avropa.info "Naxçıvanda şok benzin fırıldağı" adlı yazıda Naxçıvanda Aİ-92 markalı benzinin 80 qəpiyə satıldığı barədə xəbər vermişdi.

Saytln Naxçıvandakı mənbələrdən əldə etdiyi yeni məlumata görə, bu yazıdan sonra Aİ-92 markalı benzinin qiyməti 70 qəpiyə enidrilib.

Mənbə qeyd edir ki, lakin ARDNŞ 2 aydır Aİ-95 markalı benzini Naxçıvana vermir: "Naxçıvana benzin verilməməsinin səbəbini İranla bağlayırlar. Belə ki, İran ağırlığı yükü ilə birlikdə 30tondan yuxarı nəqliyyat vasitəsinin bu ölkəyə girişini qadağan edib. Tankerlər Gürcüstan-Türkiyə üzərindən gəlir, bununla da daşınma xərci çoxalır. Aİ-92 markalı benzin daha ucuz 92 gəlir".

Mənbə bildirib ki, bununla əhali zərər görür. Yeni maşınların mühərriki, enjektoru sıradan çıxır.

Qaynar.info