Naxçıvan Muxtar Respublikası (MR) Nazirlər Kabineti məhkəməyə verilib.
Qaynarinfo-nun məlumatına görə, iddiaçı "Tural" Kiçik Müəssisəsidir.
Məhkəmə çəkişməsi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrlə bağlıdır.
Birinci instansiya məhkəməsi şirkətin iddiasını təmin etməyib. Bu baxımdan, şirkət apellyasiya şikayəti verib. Şikayətə Naxçıvan MR Ali Məhkəməsində baxılacaq.
Məlumat üçün deyək ki, Ali Məhkəməsi apelyasiya instansiyası məhkəməsi kimi öz ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri tərəfindən baxılmış işlər üzrə məhkəmə aktlarından verilmiş apelyasiya şikayətləri və apelyasiya protestləri üzrə işlərə baxır.
"Tural" Kiçik Müəssisəsi 1991-ci ildə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Şərifov Adil Ramazan oğludur.
Şirkət 23 ildir mövcud olmasına baxmayaraq açıq mənbələrdə barəsində heç bir məlumat yoxdur.
Seyid
Şərhlər