Xəbər lenti

Nazarbayevin qohumları bir-bir vəzifələrini tərk edir
Dünya 10:21 17.01.2022

Nazarbayevin qohumları bir-bir vəzifələrini tərk edir

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin ortancıl qızı Dinaranın əri Timur Kulibayev "Ataməkan” Milli Sahibkarlar Palatasının rəyasət heyətinin sədri vəzifəsindən istefa verdiyini açıqlayıb.
 
Qaynarinfo xəbər verir ki, bu barədə məlumat onun palatanın saytında paylaşılan bəyanatında yer alıb.

"Mən bu gündən etibarən "Ataməkan” Milli Sahibkarlar Palatasının rəyasət heyətinin sədri vəzifəsindən istefa vermək qərarına gəldim”, - deyə Kulibayev bildirib.

Mətndə o, görülən işlərə görə həmkarlarına təşəkkür edib və bəzi nəticələrə yekun vurub. Kulibayev qərarının səbəbi barədə danışmayıb.

Xatırladaq ki, Kulibayev və həyat yoldaşı ölkənin ən böyük bankının - Qazaxıstanın Xalq Bankının sahibləridir. Ötən həftə məlum olub ki, etirazlar fonunda ən böyük bankların səhmlərinin çökməsi səbəbindən cütlük ümumilikdə 200 milyon dollar itirib.

Bundan əvvəl Qazaxıstanın "KazTransOil” magistral neft kəməri üzrə milli operatorunun rəhbəri Dimaş Dosanov vəzifəsini tərk etdiyi bildirilirdi. O, öz istəyi ilə işdən çıxarılıb. Digər məsələlərlə yanaşı, Nazarbayevin böyük qızı Dariqanın əri olan "KazTransGas”ın idarə heyətinin sədri Kayrat Şaripbayevin vəzifəsindən azad edilməsi də məlum olub.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->