II Dünya müharibəsinin qəhrəmanlarından biri Yoaxim Ronneberq 99 yaşında dünyasını dəyişib.
Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, 6 nəfərlik gizli "Gunnerside" əməliyyatında yer alan Ronneberq Norveçdə nüvə tədqiqatında vacib element olan ağır su (D2O) maddəsinin istehsalı ilə məşğul olan müəssisənin fəaliyyətində təxribat törətməklə faşist Almaniyasının nüvə silahı layihəsini uğursuzluğa düçar etmişdi.
Ronneberqin fəaliyyəti 1970-ci illərdə üzə çıxmış və o öz komandasının işlərindən söz açaraq şöhrət qazanmışdı.
Gülşən
Şərhlər