Ölkə 18:52 01.11.2019

Nazir baş həkim təyin etdi

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyinatı olub.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. 

Əmrə əsasən, Xoşbəxt Ağayeva Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin edilib. O, bu təyinatadək həmin səhiyyə müəssisəsində terapevt kimi çalışıb.

Qeyd edək ki, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehdizadə oktyabrın 17-də vəzifəsindən azad olunaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub.