Xəbər lenti

Nazir Cəmilə Qurbanovanı vəzifəsindən azad etdi
Ölkə 11:14 06.07.2026

Nazir Cəmilə Qurbanovanı vəzifəsindən azad etdi

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Cəmilə Fazil qızı Qurbanova tutduğu vəzifədən azad edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Demokrat.az-ın sorğusuna cavab olaraq bildirib.

Qeyd edilib ki, səhiyyə naziri Teymur Musayevin əmri ilə Cəmilə Qurbanova 3 iyun tarixindən etibarən "Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu" publik hüquqi şəxsin direktoru vəzifəsindən azad olunub.

Nazirliyin məlumatına görə, hazırda institut direktorunun vəzifəsinin icrası baş həkim Xuraman Bağırovaya həvalə edilib.

Səhiyyə Nazirliyi vəzifədən azad olunmanın səbəbi ilə bağlı əlavə məlumat verməyib.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->