Xəbər lenti

Nazir general Rəfail Mehdiyevi vəzifəsindən azad etdi
Ölkə 18:44 29.05.2025

Nazir general Rəfail Mehdiyevi vəzifəsindən azad etdi

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin tibb işləri üzrə rəis müavini general-mayor Rəfail Mehdiyev sözügedən qurumun rəis əvəzi təyin olunmuşdu.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmri ilə Rəfail Mehdiyevin nazirlikdəki fəaliyyətinə xitam verilib və vəzifələrindən azad edilib.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi olan Rəfail Mehdiyev ötən ilin oktyabr ayında sözügedən xidmətin tibb işləri üzrə rəis müavini, bu ilin mart ayında Xidmət rəisi əvəzedicisi təyin olunmuşdu. 

Xatırladaq ki, ötən ilin iyul ayında Rəfail Mehdiyev Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib. Onun Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindəki fəaliyyət dövrünün yoxlanılması zamanı ciddi korrupsiya faktları aşkar edildiyi və milyonlarla vəsaitin yoxa çıxması barədə KİV-də də məlumat yayılmışdı.

Əhməd

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->