Ölkə 17:35 27.09.2018

Nazir iki yeni təyinat etdi

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev özünə iki yeni müşavir təyin edib.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, yeni müşavirlər Hidayət AbdullayevSamir Vəliyevdir

Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daha bir müşaviri də var, bu, Nəsirli Vüsal Zakir oğludur.

Bununla da əmək və əhalinin sosial müdafiəsi nazirinin müşavirlərinin sayı üçə çatıb.