Vergilər naziri Fazil Məmmədov Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə yeni rəis təyin edib.
"Qaynarinfo" unikal.orga-a istinadən xəbər verir ki, nazirin əmrinə görə, vergilər nazirinin müşaviri - Əlaqələndirmə və idarəetmə departamentinin baş direktoru Əhmədov İlqar İsmayıl oğlu bu vəzifəyə təyinat alıb.
Qeyd edək ki, 2016-cı ilin fevral ayından Bakı şəhəri Lokal Gəlirlər Departamentinin rəhbər vəzifəsinin müvəqqəti icraçısı vəzifəsi nazirin müşaviri Məmmədov Habil Amil oğluna tapşırılmışdı
Qaynarinfo.Az
Şərhlər