"Şəhid hərbi qulluqçulara görə, əvvəllər birdəfəlik ödəmə almadıqları iddiası ilə narazılıq edən bir qrup vərəsə bu gün növbəti dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısına toplaşıb".
Qaynarinfo report-a istinadən xəbər verir ki, bunu nazirliyin mətbuat katibi Fazil Talıbov deyib.
O bildirib ki, həmin şikayətçiləri nazir Sahil Babayev qəbul edib: "Onlara birdəfəlik ödəmələrin verilməsi ilə bağlı qanunvericilikdən irəli gələn prosedur izah olunub. Ötən dövrdə sığorta ödənişi almaq üçün rəsmiləşdirilmiş sənədlərin mövcud olduğu və rəsmi şəkildə onlara təqdim edildiyi bildirilib".
Şərhlər