Ekonomiks 11:47 07.08.2020

Nazir: "Tezliklə iş yerləri açılacaq"

"Yaxın günlərdə iş yerlərinin təkrar fəaliyyətə başlaması nəzərdə tutulur".

Qaynarinfo musavat.com-a istinadən xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında bildirib.

Nazir əlavə edib:"Kimlərinsə aztəminatlı kateqoriyasından çıxması, bəzilərinin işlə təmin olunması nəzərə alaraq yeni hesablanma aparılacaq və yekunda dördüncü ödənişdə nə qədər insanın yardım alması açıqlanacaq".