Xəbər lenti

Nazirdən mobil telefon istifadəçilərinə şad xəbər
Ekonomiks 11:26 06.05.2014

Nazirdən mobil telefon istifadəçilərinə şad xəbər


“Azərbaycanda mobil operatorlar tarifləri aşağı salacaq”

 “Mobil operatorların qiymətlərinin ucuzlaşması istiqamətində onlarla yaxından söhbət etdik və bir daha yanvar ayının Kollegiyasının qərarları ilə onları tanış etdik. Artıq bu məsələdə gələcəyə çox optimist baxıram. Çünki onlar artıq ucuzlaşdırılmış vahid operatorlararası qiymət üzərində danışıqları bitiriblər”.

APA-nın xəbərinə görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bundan sonra mobil operatorların tarifləri müəyyən qədər aşağı salmağa imkanı olacaq: “Amma bazar qiymətlərinə çox təzyiq etmək də olmaz”. Qiymətlərin həddən artıq aşağı düşməsinin inkişafa müəyyən qədər təsir edə biləcəyini deyən Ə.Abbasov qeyd edib ki, hər halda, aşağı salma üçün müəyyən qədər imkanlar var.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->