Norveçin ədliyyə naziri Tor Mikkel Varanın həyat yoldaşı Layla Berheussen özündən hadisə uyduraraq polisi aldatmaq ittihamı ilə həbs edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Norveç Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin rəhbəri Benedikt Byornland məlumat verib. Bertheussen özlərinə məxsus avtomobilə zərər verib və bununla bağlı polisə şikayət ünvanlayıb. Ailə son 6 ayda avtomobillərinə hücumla bağlı polisə 5 dəfə şikayət edib, həmçinin evlərinin divarına qammalı xaç çəkildiyini iddia edib. Hücumlar mediada böyük səs-küyə səbəb olmuş, miqrantlar hədəf göstərilmişdi.
Faktın ortaya çıxması ölkədə böyük təəccüblə qarşılanıb.
Gülşən
Şərhlər