Nazirlər Kabinetində iki yeni təyinat

Nazirlər Kabinetində iki yeni təyinat

Nazirlər Kabinetində yeni təyinatlar olub.

Qaynarinfo xəbər verir ki, Baş Nazir Əli Əsədovun sərəncamları ilə İqtisadiyyat şöbəsinin müdiri vəzifəsinə Azər Əmiraslanov, Sosial məsələlər şöbəsinin müdiri vəzifəsinə isə Mehman Tağıyev təyinat alıblar.

Qeyd edək ki, Azər Əmiraslanov bu təyinatadək Prezident Administrasiyasında Aqrar siyasət məsələləri şöbəsinin müdiri, 
Prezidentin  aqrar siyasət məsələləri üzrə köməkçisi vəzifəsində çalışıb.

Mehman Tağıyev isə bu təyinatədək Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb.
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR