Xəbər lenti

Ölkə 18:10 12.04.2019

Nazirlik zorakılığa məruz qalan şagirdlər üçün “Qaynar xətt” yaradır

Təhsil Nazirliyi tərəfindən zorakılığa məruz qalan şagirdlər üçün "Qaynar xətt” yaradılır.
 
Qaynarinfo ONA-ya istinadən xəbər verir ko, bunu təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
 
O deyib ki, nazirlik tərəfindən bu sahədə bəzi yeniliklərin edilməsi planlaşdırılır, o cümlədən məktəbdə  şagirdlər arasında münasibətlərin tənzimlənməsi, sağlam mühitin yaradılması istiqamətində ictimai müzakirələr və məsələyə diqqətin cəlb edilməsi çox vacibdir: "Məktəbdə bu və ya digər zorakılığa məruz qalmış şagird və ya valideyn tərəfindən birbaşa olaraq təhsil idarəetmə orqanlarında bu mövzu ilə bağlı yaradılacaq "Qaynar xətt”lərə müraciət etmək imkanı yaradılacaq".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->