İdman 15:13 24.02.2018

Nazirlikdən qeyri-adi səyahət xəbərdarlığı: Onları qucaqlayın...

Almaniya xarici işlər nazirliyi Kanadanın Buz Xokkeyi Milli Komandasının Almaniya millisinə uduzması barədə vətəndaşlarına qeyri-adi müraciət edib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, "Twitter" vasitəsilə çıxış edən nazirlik Kanadaya səyahət etmək istəyən Almaniya vətəndaşlarına müraciət edib:

"Səyahət məsləhəti: Kanadadakı almanlar yüksək səviyyədə empatiya qurmalıdır. Nəzakətli olun, sevindiyinizi göstərməyin, onları qucaqlayın və isti şokolad təklif edin. Sadəcə Almaniyanın futbol üzrə milli komandasının Kanada millisinə uduzacağı halda necə hiss edəcəyinizi təsəvvür etməyə çalışın".

Qeyd edək ki, Cənubi Koreyada keçirilən Qış Olimpiya Oyunlarında xokkey üzrə Almaniya millisi Kanadaya qalib gələrək finala adını yazdırıb.


Gülşən