Foto 12:05 30.09.2020

Nazirliyin nəzərinə: Bakıda ağaclar budandı, sonra da tikinti işləri aparıldı (FOTOLAR)

Bakının Nərimanov rayonunda, Fətəli Xan Xoyski 98A ünvanında ağaclar əvvəlcə budanıb, sonra isə tikinti işləri həyata keçirilib.

Bu barədə Pravda.az-a ərazidə yaşayan sakinlər məlumat veriblər.

Bildirilib ki, həmin ağaclar tikinti ərazisində sıxılmış vəziyyətdə qalıb. Hətta bəzilərinin kəsildiyi deyilir.

Onlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də müraciət ünvanladıqlarını qeyd ediblər.