İdman 10:43 03.05.2019

NBA basketbolçusu narkotik maddəyə görə tutuldu

ABŞ Milli Basketbol Liqasının (NBA) "Brooklyn Nets" komandasının oyunçusu Di Ancelo Rasl narkotik maddə ilə saxlanılıb.

Qaynarinfo xəbər verir ki, "Fox" telekanalının məlumatına görə, Rasl Nyu York hava limanında təyyarəyə marixuana keçirməyə cəhd edib. 

Basketbolçu məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.

Gülşən