Foto 18:35 04.06.2018

"Nə? Harada? Nə zaman?" üzrə IV Azərbaycan Kuboku keçirildi (FOTOLAR)

3 iyun 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Atəşgah İntellektual Oyunlar Klubu tərəfindən təşkil olunmuş "Nə? Harada? Nə zaman?" oyunu üzrə Azərbaycan Kubokunun 2018-ci il mövsümünün finalı keçirilib.

Qaynarinfo xəbər verir ki, "Park İnn" otelində təşkil olunan finalda seçim turlarından uğurla keçmiş ölkənin 16 ən güclü komandası mübarizə aparıb. Bu il Kubok Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr edilib.

Uzun sürən mübarizədən sonra "Vendetta” komandası artıq ardarda 3-cü dəfə Azərbaycan Kubokunun qalibi olub. "Revolver” komandası ikinci, "Prestij” komandası isə üçüncü yerə sahib çıxıb.

Yarış çərçivəsində "Dream Team” komandası gərgin keçən mübarizədə "Avanqard” komandasını qabaqlayaraq "Kiçik kubok”un qalibi olub. Region təmsilçiləri arasında keçirilən yarışmadan isə Şabran təmsilçisi "Maqnat” komandası "Regionlar Kuboku”nun qalibi kimi ayrılıb.

Sonda qaliblər hədiyyə, diplom və kuboklarla təltif edilib.