"Xaricdə dini təhsil alan azərbaycanlıların sayı 3 min nəfərdən çoxdur"
Qaynarinfo xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib. Onun sözlərinə görə, xaricdə dini təhsil alan şəxslər əksər hallarda özlərini doğrultmurlar.
"Onların əksəriyyəti həmin ölkələrdəki dini ideologiyaların təsirinə məruz qalmış və həmin ölkələrdə hazırlanmış ədəbiyyatlardan istifadə etmişlər. Din amili həmin ölkələrdə dövlət quruluşuna, milli mənəvi dəyərlərinə xidmət edir. Bu isə bizim milli mənəvi dəyərlərimizə ziddir".
S.Heydərov qeyd edib ki, xaricdə dini təhsil alanlar arasında din xadimi kimi fəaliyyət göstərənlər də var: "Onlar müvafiq yoxlamalar və attestasiyadan keçib. Bu gün qanun imkan verir ki, zərurət olduqda xaricdə dini təhsil alanlardan və müvafiq yoxlamalardan keçdikdən sonra dini ayinlərin icrasında istifadə edilsin. Xaricdə dini təhsil alıb ölkədə dini ayinləri icra edənlərin sayı elə çox deyil. Bu gün dini ayin icraçılarının əksəriyyəti Azərbaycanda dini təhsil almış şəxslərdir". (azvision.az )
Şərhlər