Sənət 10:25 19.03.2015

Nədən Stiven Kinqi qarşılayan yoxdur?

ARAZ  GÜNDÜZ

Böyük ad-san qazanan, kitablarının satış sayı milyonlarla ölçülənamerikalı yazıçı Stiven Kinq özü öz axsaq ayaqları ilə (15 il öncə, yolqırağı ilə gəzinən yazıçını maşın vuran gündən o, ayaqlarını çəkir!)Bakıya gəlib çıxıb! Ancaq, yazıqlar olsun, onu qarşılamağa bir kimsə dəçıxmayıb! Şaşırmayın, bir az dözümlü olub yazımın ardını oxuyun, ondanədən belə dediyimi də biləcəksiniz...

Söz var deyərlər, "sənə elə bir gizlinimi açacağam, bunu heçqardaş-qardaşa ürək qızdırıb deməz”. Kazım Səlimovun çevirməsində StivenKinqin "Yazı sənəti” kitabını oxuyanda bu deyimi xatırladım.(StivenKinq Yazı sənəti. "Elm-təhsil” nəşriyyatı, Bakı-2015) Nə deməkistədiyimin biraz da yaxşı anlaşılması üçün sizlərə bir olayı dadanışım: "XX yüzilliyin başlanğıcında Bakıda, yanılmıramsa, Hacı Fərəcadında çox usta bir tarçalan olub, bu adam öz sənətini öyrətməkdə çoxqısqanc birisi imiş, deyilənə görə, el yığıncaqlarında, "barmaqlarınıoğurlamasınlar” deyə, üzü divara oturub çalarmış”.

Sənətdə qısqanclığın və gözügötürməzliyin ən parlaq örnəklərindən birikimi, Motsart-Salyeri qarşıdurmasını da eşitmiş olarsınız. Sözüm kiminsəkönlünə toxunmasın, ancaq bu dediyim örnəklərlə sizə nəyi aşılamaqistədiyimi yuxarıda adını çəkdiyim kitabı oxumadan yetərincə anlayabilməyəcəksiniz. Doğrudan da, təkdənbir yaradıcı insan Stiven Kinqin bukitabda elədiyi kimi: ürəyiaçıqlıqla, yorulmaq nə olduğunu bilmədən,bezib-usanmadan, yaradıcılığın gizlinlərini, bu işin incəliklərini belədanışa bilər və məncə, çoxlarının belə gizlinlərini qırxqıfıl arxasındaqoruyub saxladıqları, necə deyərlər, "pambığı sandıqda gizlətdikləri”yerdə, "ürəyini süfrə kimi açıb” oxucunu belə gen-bol qonaqlamaq, buyaradıcı insanın mənəvi baxımdan çox yüksəklərdə dayandığından da soraqverməkdədir.

Böyük İngilis riyaziyyatçısı və filosofu Bertran Rasselin belə birdeyimi vardır: "Biz məktəblərin daha yüksək təhsil verməsinə çalışa vəbu yolda böyük uğurlar qazana bilərik, ancaq ha çalışsaq da, Eynşteynləryetirə biləcək məktəblər yarada bilmərik”.

Deməyim odur, Stiven Kinqin "Yazı sənəti” kitabını oxuyub öyrənən hərbir kəsin yazıçı ola biləcəyinə inanmaq bayağılığa qapılmaq olardı.Ancaq, istər yaradıcılıq vergisi olan insanların, istərsə də duyğuluoxucuların, bu kitabdan oxuyub-öyrənə biləcəyi çox nəsnələr vardır. Ənbaşlıcası, bu yaradıcı insan–əsərlərinin çapolunma sayı milyonlarlaölçülən bir yazıçı olaraq,–sizi özünə qoşulmağa çağırır, özünü sizdənyuxarı tutmur, hər birinizin söz demək, sözdən nəsə qurub yaratmaqbacarığınızın olduğunu açıqlayır, sizi buna inandırmağa çalışır. Soruşabilərsiniz: bu Stiven Kinqin işi-gücümü qurtarıb, yoxsa ağlımı çaşıbbelə, "açıb sandığı, töküb pambığı” ortaya? Yox, bir də yox! Bu kişiözünə yoldaş axtarır(cəhənnəmə yox!), yaxşı yazıçılığın və yaxşıoxuculuğun yaşamasını istəyir, ədəbiyyat adlı ortamın genişlənməsini vəonun insanlığın qulluğunda biraz da yaxşı dayana bilməsini istəyir. Özüdə, Stiven Kinqin burada yazı sənəti ilə bağlı ortaya qoyduğu meyarlarsizi qrafoman olmaqdan da çəkindirir: ya ürəyinin, intellektinin səsinəqulaq asıb dəyərli nəsə yazacaqsan, ya da susacaqsan, ancaq hər birhalda, istər ürəyində saxladığın, istərsə də publikaya çatdırdığınsözlərində özün olacaqsan, qondarmaçılıqdan, özünü uydurmaqdan, şişirdibgözə soxmaqdan uzaq duracaqsan, yəni yazmağı bacarmasan da, onun nədemək olduğunu öyrənəcəksən, ən azından, yaxşı bir oxucu ola biləcəksən!

Bildiyimə görə, Kazım müəllim 30 ildən çoxdur, ingilis dilində danışır,oxuyub-yazır və uzun illər boyunca, ingilisdilli ortamda işləmiş,ingilis dilli insanlarla canlı ünsiyyətdə olmuşdur. Üstəlik, ana diliilə bağlı gözəl dil duyumu olan, Azərbaycan və Dünya ədəbiyyatınınsanballı əsərləri ilə tanış olan bir aydınımızdır. Bütün bunlara görədə, onun "Yazı sənəti” kitabını anadilli oxucularımıza çatdırmaqseçiminin yerində olduğunu düşünürəm, yəni o bacardığı bir işinqulpundan yapışmışdır, üstəlik–bunu isə kitabı oxuduğuma görə deyirəm–bukitabın çevirməsi, məncə, uğurlu alınmışdır. Düzdür, Kazım müəllimin buçevirməsində yanlışlıqlar da axtarıb tapmaq olar, ancaq mənə elə gəlir,onların "xüsusi çəkisi” görülən işi korlamayacaq qədər azdır.   

Ancaq düz deyirlərmiş, sən saydığını say, gör hələ fələk nə sayır. Buyaxınlarda Kazım müəllimlə FB-də danışarkən kitabın necə yayılması iləmaraqlandım və soruşmağıma peşman oldum, sən demə, belə bir dəyərlikitab satılmır, onu dükanlarının rəflərində toz basır. Bu anda istəristəməz şüuraltımızda qalmış, sovet dönəminin qalıqlarına bürünmüş birnarahatlıq  baş qaldırıb soruşur: Bəs əlaqədar təşkilatlar hara baxır? Akişilər, sizlər demirdinizmi, yad dillərdən ana dilimizə birbaşa çevirəbilən dilmanclarımız çatışmır? Budur, baxın, birisi, heç bir qazancgüdmədən, umacaqsız, belə gözəl bir kitabı dilimizə çevirib, öz cibininpulu ilə çap elətdiribdir, yoxsa, düşünürsünüz, borca girib çapelətdirdiyi bu kitabı gətirib sizlərə pulsuz bağışlamalıdır da?” Buumu-küsünün yersiz olduğunu bilirəm və hansı toplumda yaşadığımız damənə çoxdan bəllidir. Ancaq, öz aramızdır, günlərin birində belə dəyərliişlərin qayğısına qalacaq hakimiyyətin olduğu toplumda yaşamaq da pisolmazdı a! Nə isə, Atalar demiş, "dövlətə umud olan kitabsız qalar”...

Stiven Kinqi oxumazdan öncə, Vikipedini açıb onunla bağlı bir az dageniş bilgi almaq istədim. Vikipedinin rusca variantında onun ömür yoluilə bağlı geniş oxudum və bu yazıçının rusca çap olunan kitabları iləmaraqlandım, nə gizlədim, Stiven Kinqin rusca nəşr olunan əsərlərinisayıb qurtara bilmədim.  Sonra türkcə Vikipediyə üz tutdum, burada dayazıçının sayı onlarla ölçülən kitablarının yayınlandığını öyrəndim.Sonda Azərbaycan-türk dilindəki Vikipedidə ruscadan götürüldüyü bilinənqısa bir bilgi olduğunu gördüm və... ədəbiyyat göstəricisində StivenKinqin rusca çap olunan əsərlərinə keçid qoyulduğunu görüb bərkutandım!!!..

Son olaraq bir söz də deyim, Stiven Kinqin bu kitabı seçkin(elitar)oxucular üçündür və siz özünüzü bu sıradan olan birisi sayırsınızsa,onda bu kitabı axtarın. Bu kitabı tapanda isə, orada öz sorularınızıncavablarını axtarın. Axtaran tapar deyiblər...

15 mart 2015-ci il.
Ədəbiyyat.Biz