Bu gün dünya birjalarındakı ticarət əməliyyatlarının gedişində Brent markalı neftin qiyməti 70 dollara çatıb.
Oxu.Az xəbər verir ki, neftin qiyməti 70,20 dolları keçib, sonra isə korreksiya nəticəsində bir qədər aşağı düşüb.
Qiymət artımına Səudiyyə Ərəbistanı enerji naziri Xalid əl-Falihin açıqlamaları təsir edib.
Xalid əl-Falih bildirib ki, OPEC, Rusiya və digər ölkələr hasilatın azaldılması barədə razılaşmanı 2019-cu ildə də davam etdirməlidir. 2017-ci ilin yanvarından bəri tərəflər bazarda təklifi azaltmaq üçlün hasilat həcmini gündə 1,8 milyon barel ixtisar edirlər.
Şərhlər