Xəbər lenti

Neft OPEC+ hasilat artımı və Trampın gömrük təhdidləri fonunda ucuzlaşır
Dünya 13:40 04.03.2025

Neft OPEC+ hasilat artımı və Trampın gömrük təhdidləri fonunda ucuzlaşır

Neft qiymətləri OPEC+ ölkələrinin hasilatı artırmaq planlarını davam etdirəcəyi xəbərlərindən sonra ucuzlaşmağa davam edib. Eyni zamanda, bazarlar ABŞ-ın Kanada, Meksika və Çindən idxala tətbiq etdiyi rüsumların təsirinə hazırlaşır.  

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" yazır.   

Brent markalı neftin fyuçers qiyməti 57 sent (0,8%) azalaraq bir barel üçün 71,05 dollara düşüb. ABŞ-ın West Texas Intermediate (WTI) markalı nefti isə 39 sent (0,6%) ucuzlaşaraq 67,98 dollar olub.  

Bildirilib ki, qiymətlərin aşağı düşməsinə təsir edən digər amil Rusiya-Ukrayna müharibəsi ilə bağlı geosiyasi hadisələrdir.  

ABŞ prezidenti Donald Tramp Oval kabinetdə Ukrayna prezidenti Vladimir Zelenski ilə qarşıdurmadan sonra Ukraynaya bütün hərbi yardımı dayandırıb.  

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və onun Rusiya kimi müttəfiqlərindən ibarət OPEC+ qrupu hasilatın apreldə gündəlik 138 min barel artırılması planını davam etdirmək qərarına gəlib. Bu, qrupun 2022-ci ildən bəri ilk hasilat artımı olacaq.  

Tramp tərəfindən Kanada və Meksika idxalına tətbiq edilən 25%-lik gömrük rüsumları qüvvəyə minib. Çin mallarına isə idxal tarifləri 10%-dən 20%-ə qaldırılıb.  

Analitiklər hesab edirlər ki, bu tariflər iqtisadi aktivliyə və yanacağa tələbatı mənfi təsir edəcək və nəticədə neft qiymətləri daha da aşağı düşəcək.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->