Neftçalanın həbs edilən icra başçısı və digərləri barədə məhkəmə qərarı (YENİLƏNİB)

Neftçalanın həbs edilən icra başçısı və digərləri barədə məhkəmə qərarı (YENİLƏNİB)

Səbail rayon Məhkəməsində Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev, onun birinci müavini olmuş Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, şöbə müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb.

Qaynarinfo-nun məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

***17:10 
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Neftçala rayonunun vəzifəli şəxsləri Səbail Rayon Məhkəməsinə gətirilib.

 
Qaynarinfo Report-a istinadən xəbər verir ki, onların barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilib.

Hazırda hakim növbə ilə təqdimatlara baxır.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları fevralın 20-də Neftçala Rayon İcra Hakimiyyətinin inzibati binasında xüsusi əməliyyat keçirib. Əməliyyat nəticəsində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavinləri Vurğun Əkbərov, Gültəkin Sadıqova, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimovr rüşvət alma və rüşvət vermə əməllərini törətməkdə şübhəli bilinərək saxlanılıblar.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə İsmayıl Məhərrəm oğlu Vəliyev Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR