İdman 12:57 12.06.2021

“Neftçi” ilk transferini rəsmiləşdirdi (FOTO)

"Neftçi” mövsümlərarası fasilədə ilk transferini rəsmiləşdirib.

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi paraqvaylı futbolçu Sezar Meza Kollini heyətinə qatıb.

30 yaşlı yarımmüdafiəçi ilə 2 illik - 2022/2023-cü illər mövsümünün sonunadək müqavilə imzalanıb. O, flaqmanın heyətində 10 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, son klubu "Keşlə" (2013-2016, 2018, 2019-2021) olan Sezar Meza Kolli 2016/2017 mövsümündə "Zirə”də oynayıb. O, bundan başqa İtaliyanın "Çezena” (2011-2012), "Pavia” (2012-2013), İspaniyanın "Alaves” (2012) və Rumıniyanın "Universitatya Krayova” (2018) klublarında çıxış edib.