İdman 17:08 11.09.2020

"Neftçi" - "Qalatasaray" matçının stadionu dəyişdirildi

"Neftçi" və Türkiyənin "Qalatasaray" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının II təsnifat mərhələsinin matçının stadionu dəyişdirilib. 

Qaynarinfo UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi "Bakcell Arena"da olmayacaq. Matç Bakı Olimpiya Stadionunda baş tutacaq. 

Qeyd edək ki, sentyabrın 17-də keçiriləcək görüş saat 20:00-da start götürəcək.