"Neftçi” komandası Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.
"Report" xəbər verir ki, Roberto Bordinin baş məşqçilik etdiyi kollektiv Hendek Atatürk stadionunda Rusiyanın "SKA-Xabarovsk” klubu ilə üz-üzə gəlib.
Qarşılaşma "Neftçi"nin qələbəsi ilə yekunlaşıb - 3:1. "Ağ-qaralar"ın qollarını Namik Ələskərov, Rəhman Hacıyev və Emin Mahmudov vurub. Onlar müvafiq olaraq 22, 28 və 45-ci dəqiqələrdə fərqləniblər.
Qeyd edək ki, "Neftçi" qonşu ölkədə daha iki yoxlama oyunu keçirəcək. Paytaxt təmsilçisinin iyunun 25-dəki ikinci rəqibi hələ ki məlum deyil. Paytaxt klubu iyunun 30-da Ukraynanın "Vorskla” (Poltava) komandası ilə qarşılaşacaq.
Şərhlər