"Neftçi” və "Qarabağ”ın səviyyəsi Premyer Liqanın ikinci "səkkizliy”idi

"Neftçi” və "Qarabağ”ın səviyyəsi Premyer Liqanın ikinci "səkkizliy”idi.  Bəxtləri çox gətirsə, ilk "səkkizliy”in sonlarında qərarlaşarlar".

Qaynarinfo xəbər verir ki, bus sözləri Azərbaycan millisinin və "Neftçi”nin futbolçusu Emin Mahmudov Rusiya mətbuatına müsahibə verib. 

Yarımmüdafiəçi kapitanı olduğu komandada yaxşı futbolçuların olduğunu bildirib: "Bizdə də yaxşı futbolçular var. Məsələn, qapıçı Səlahət Ağayev ötən mövsümü möhtəşəm keçirdi. İndi o, ölkənin ən yaxşı qolkiperidi. Hücumda yaxşı legionerlərimiz var. Yeni oyunçumuz Stiven Jozef-Monroz və indi zədəli olan ən yaxşı bombardirimiz Baqali Dabo. Hər ikisi Fransadandı".

Emin Avropa Liqasında Rusiya təmsilçisi "Arsenal”a rəqib olmaları ilə bağlı danışıb: "Əlbəttə, xoş hadisədi. Mən Rusiyada yaşayıram. Valideynlərimin evi Moskva ətrafındadı. Hər imkanda onların yanına gedirəm. Yaxşı ki, məhz Tula "Arsenal”ına düşdük. Mən Premyer Liqada oynayanda belə komanda yox idi. Amma əksər futbolçularla artıq tanışam. Kombarov və Qorbatenko ilə "Spartak”da, Lutsenko ilə Saranskda bir yerdə oynamışıq. Stadionda görüşüb, danışacağıq. "Arsenal”ın "Otkrıtıye"dəki oyununu görmüşəm. Bilirəm ki, ikinci dövrədə çox güclü çıxış etdilər. Amma bizim də yaxşı komandamız var. Çalışacağıq ki, mübarizə aparaq və mərhələ adlayaq".

"Neftçi” barədə danışan Mahmudov komandanı "Spartak"la müqayisə edib və jurnalistin "Amma "Neftçi" daha çox "Zenit”ə oxşayır. Emblemində neft buruğu, adı isə aydın məsələdi" fikirinə münasibət bildirib: "Azərbaycan tarixinin ən titullu klubudu. Son 6 ildə "Qarabağ” dominantlıq edir. Amma ötən mövsüm biz də çempionluğa yaxın idik. Yeri gəlmişkən, burda "Neftçi” Rusiyada "Spartak” olduğu kimi "xalq komandası” sayılır. Belə alınır ki, mən xalq komandalarını gəzirəm. "Neftçi” əvvəl "Neftyanik” adlanıb. Ona görə adı da tarixidi. Axı Bakı həmişə neft şəhəri olub. Əsas sponsorumuz da neft çıxarma ilə məşğul olan SOCAR dövlət şirkətidi. Amma inanın ki, bu, "Zenit”də olan "Qazprom” kimi deyil".

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR