Apasport.az saytının əldə etdiyi məlumata görə, paytaxt təmsilçisinin prezidenti Sadıq Sadıqovun müşaviri olan Böyükağa Hacıyevin yeni çalışdırıcının işinə müdaxiləsi narazılığa səbəb olub.
Belə ki, Süleymanov AZAL-da işlədiyi müddətdə fiziki hazırlıq üzrə köməkçisi olan Gəray Qarayevi yanına gətirmək istəyib. Lakin Hacıyev buna qarşı çıxıb. “Neftçi”nin baş məşqçisi işlədiyi dönəmdə Qarayevin tənqidlərini həzm etməyərək, vaxtaşırı onun əleyhinə açıqlamalar verən “Zəif” bu təyinatı əngəlləyəcəyini bildirib.
Hacıyevin bu davranışı Süleymanovun ürəyincə olmasa da, vəziyyəti nəzərə alaraq, geri addım atmaq məcburiyyətində qalıb. Səmədağa Şıxlarovu məşqçilər korpusuna cəlb edən Nazim bəyin digər köməkçisinin kim olacağı bəlli deyil.
Qeyd edək ki, Nazim Süleymanov təqdimat mərasimində Böyükağa Hacıyevin onun işinə qarşıb-qarışmayacağını bilmədiyini söyləmişdi.
Qaynar.info
Şərhlər