İdman 21:26 19.09.2021

“Neftçi”dən asan qələbə, “Keşlə” yenə xalsız qaldı

Bu gün Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.

Qaynarinfo apasport.az-a istinadən bildirir ki, günün yeganə qarşılaşması Bakıda baş tutub.

Paytaxt derbisində "Neftçi" "Keşlə"ni qəbul edib. "Bakcell Arena"da keçirilən görüşdə çətinlik çəkmədən qələbə qazanan son çempion "Qarabağ"a məğlubiyyəti unutdurub. "Keşlə" isə xala həsrət qalmaqda davam edir. Qəsəbə təmsilçisi turnir cədvəlinin son pilləsinə yuvarlanıb.

Qeyd edək ki, turun ilk günündə "Qəbələ" - "Səbail" (5:0) və "Zirə" - "Sabah" (1:1) matçları keçirilib. Sabah "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası

IV tur

19 sentyabr (bazar)

18:30. "Neftçi" - "Keşlə" - 3:0

Qollar: Sezar Meza Kolli, 36, Ramon Maçado, 50, İsmayıl Zülfüqarlı, 68
Baş hakim: Elçin Məsiyev

"Neftçi": 30. Aqil Məmmədov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 10. Sezar Meza Kolli, 4. Huqo Basto, 36. Mamadu Kane, 20. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 19. Fəhmin Muradbəyli, 97. Xəyal Nəcəfov, 3. Mamadu Mbodj, 91. Ramon Maçado, 9. Tiaqo Bezerra, 98. Famil Camalov, 72. Emin Zamanov, 70. Asim Əlizadə, 37. Vüsal Əsgərov

Baş məşqçi: Samir Abasov

"Keşlə": 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 29. Amil Yunanov, 77. Merab Qiqauri, 72. Aldair Neto, 10. Felipe Santos, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 5. Kərim Diniyev, 99. Rafael Məhərrəmli, 21. Miyusko Boyoviç, 17. Omar Qudiabi, 50. Samir Abdullayev, 33. Fərid Nadirov

Baş məşqçi: Sənan Qurbanov
"Bakcell Arena"

1

Qəbələ

4

3

1

0

11-3

10

2

Qarabağ

3

2

1

0

6-2

7

3

Neftçi

4

2

1

1

8-5

7

4

Səbail

4

2

0

2

2-8

6

5

Sumqayıt

3

2

0

1

4-1

6

6

Zirə

4

1

2

1

5-4

5

7

Sabah

4

0

1

3

1-6

1

8

Keşlə

4

0

0

4

1-9

0


Bombardirlər: Davit Volkov ("Zirə"), Ülvi İsgəndərov ("Qəbələ") - 3 qol