İdman 10:23 04.09.2020

“Neftçi“dən Fransa klubunun hücumçusuna 400 minlik təklif

"Neftçi"nin heyətinə qatmaq istədiyi daha bir futbolçunun adı məlum olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin "Ajanspor" saytı məlumat yayıb.

İddia olunub ki, "ağ-qaralar" Fransanın "Şatoru" klubunun hücumçusu Şeyk Diarraya dəvət göndərib. Məlumata görə, "Neftçi" malili forvarda illik 200 000 avro (təxminən 403 min manat) təklif edib.

Qeyd edək ki, 28 yaşlı futbolçu əvvəlllər Fransada "Renn", "İstr", "Oser", "Paris" və "Tur" klublarının formasını geyinib. 2018-ci ildən "Şatoru"da çıxış edən Diarra ötən mövsüm 20 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə edib. 2008-ci ildən Mali millisinə çağrılan 28 yaşlı fovard 14 oyunda 3 qola imza atıb.