Xəbər lenti

İdman 14:10 02.01.2022

"Neftçi"nin ən çox qol vuran futbolçusu müəyyənləşdi

2021-ci ildə "Neftçi"nin heyətində ən çox qol vurmuş futbolçu Namik Ələskərov olub.
 
Qaynarinfo xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hazırda "Bursaspor"da çıxış edən 26 yaşlı yarımmüdafiəçi ötən il rəqib qapılarına 13 qol vurub. 

Ələskərov 2020/2021 mövsümündə "ağ-qaralar"ın heyətində Azərbaycan Premyer Liqasının qalibi olub. Millimizin üzvü həmin mövsüm 19 qolla çempionatın bombardiri adını da qazanıb.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->