Xəbər lenti

“Neftçi”nin futbolçusu baş məşqçi olacaq
İdman 18:36 07.08.2013

“Neftçi”nin futbolçusu baş məşqçi olacaq

Azərbaycan milli çempionatında çıxışı ilə tanınan moldovalı futbolçu Vadim Borets yığmaya baş məşqçi gətirilir.

Fanat.az xəbər verir ki, Moldova Futbol Federasiyasının məşqçilər komitəsinin keçirilən iclasında 37 yaşlı keçmiş yarımmüdafiəçinin namizədliyi 15 yaşlılardan ibarət yığmaya təklif olunub.

Bu ilin əvvəlində karyerasını bitirən Vadim “Zimbru”nun yetirməsi sayılır. Bu komandada 8 il çıxış edən futbolçu yığmasında 40 matçda 1 qol vurub.
Qeyd edək ki, 2005-ci ildən 2012-ci ilə kimi ölkəmizdə oynayaraq karyerasını “Bakı”da bitirən Vadim bunadək “Neftçi”də oynayıb. O, sonuncularla çempionatımızın gümüş və bürünc medalını, “Birlik kuboku”nu, Bakının eyni adlı təmsilçisi ilə çempionluq, kubok qazanıb.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->