"Neftçi”nin gənc futbolçusu ilə problemi yaranıb.
Qaynarinfo Futbolinfo.az-a istinadən xəbər verir ki, ötən ilin sentyabrında "Neftçi” ilə müqavilə bağlayan Emin Mahmudovun problemi yaranıb.
Azərbaycana Portuqaliyadan – qarşılıqlı razılaşma əsasında müqaviləsini pozduğu "Boavişta”dan gələn yarımmüdafiəçi sənədlərini qaydasına sala bilmir. İki il öncə millimizdə debüt edən Mahmudovun yalnız xarici pasportu var. O, hələ də Azərbaycan vətəndaşlığı almayıb.
"Saturn”un yetirməsi olan E.mahmudov "Neftçi”yə gəldiyi vaxt 40 min manat alıb. Həmin məbləğ isə klubun büdcəsindən deyil, SOCAR tərəfindən ödənilib. Çünki bu transfer neft şirkətinin birbaşa təlimatı əsasında baş tutub.
"Boavişta”dan ayrıldıqdan sonra 2 ay klubsuz qalan Emini "Neftçi”yə menecersiz götürüblər. AFFA və paytaxt təmsilçisinin baş sponsoru olan neft şirkət mili naminə bu addımı atıb. Problemlər isə bundan sonra başlayıb. Mahmudov həmin müddətdən bəri 1 dəfə də olsun, maaş almayıb.
Çıxılmaz durumda qalan yarımmüdafiəçi federasiyaya xəbərdarlıq edib ki, problem qısa müddətdə çözülməsə, "Neftçi”dən FİFA-ya şikayət məktubu göndərəcək və müqaviləsini birtərəfli şəkildə pozacaq.
Şərhlər