İdman 09:48 01.09.2020

"Neftçi"nin iki futbolçusuna Türkiyə klublarından rəsmi təklif

"Neftçi"nin iki futbolçusuna Türkiyə klublarından rəsmi təklif var.

Qaynarinfo xəbər verir ki, bu barədə klubun prezidenti Kamran Quliyev "A Spor"a açıqlamasında bildirib.

Klub rəhbəri Avropa Liqasının II təsnifat mərhələsində "Qalatasaray"la matçdan sonra bəzi oyunçulara da təkliflərin gələcəyini deyib: 

"Söhbət tək kapitanımız Emin Mahmudovdan getmir. Türkiyənin digər klubları bizim iki futbolçumuzla maraqlanır. Artıq rəsmi təklif də gəlib. Onlar komandanın yaxşı futbolçularındandı, Super Liqada oynaya biləcək səviyyədədi. İnanmaq istəyirəm ki, "Qalatasaray"la qarşılaşamanı hamı yaxından izləyəcək və futbolçuların potensialına qiymət verəcək".