Xəbər lenti

İdman 13:20 19.10.2020

"Neftçi"nin legioneri koronavirusa yoluxdu

"Neftçi"nin futbolçusu Prins İbarada koronavirus aşkarlanıb.

Bu barədə "Report"a klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.

Onun sözlərinə görə, konqolu futbolçu infeksiyaya millinin düşərgəsində yoluxub. Hələ Bakıya qayıtmayan 24 yaşlı hücumçu Portuqaliyada karantinə alınıb. Afrikalı forvardın təkrar testinin nəticəsi mənfi çıxandan sonra o, Azərbaycana gələcək.

Qeyd edək ki, oktyabrın 9-da keçirilmiş görüş Konqo yığmasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->