Xəbər lenti

Neftimiz yenə bahalaşdı
Ekonomiks 10:51 24.06.2015

Neftimiz yenə bahalaşdı

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 1,52 dollar (2,42%) bahalaşıb. Anspress-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar idarəsi bildirib.

Hazırda “AzəriLayt” markalı neft 64,37 dollar təşkil edir. Dünya birjalarında da neftin qiymətləri bahalaşır.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.14 dollar (0.23%) artaraq 61.15 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.12 dollar (0.19%) qalxaraq 64.57 dollar olub.

Qeyd edək ki, OPEC növbəti 10 ildə neftin qiymətinin 100 dollardan baha olmayacağını açıqlayıb. "The Wall Street Journal" ən optimist ssenariyə görə neftin qiymətinin 2025-ci ildə 75 dollar səviyyəsində proqnozlaşdırıldığını yazıb.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->