Sağlamlıq 16:20 16.03.2020

Nəqliyyatda koronavirusdan belə qorunun (EKSPERT)

Nəqliyyat Eksperti Aslan Əsədov Azərbaycanda Koronavirus (Covid-19) xəstəliyinin yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərlə yanaşı, bəzi tövsiyələr irəli sürüb. 

Bu barədə Qaynarinfo-ya açıqlama verən ekspertin sözlərinə görə, gündəlik nəqliyyat vasitələrindən - avtobus, metro, taksi və şəxsi avtomobildən istifadə edən insanlar özünün həkimi olmalı və başqalarının da həyatını təhlükəyə atmamalıdır. 

Aslan Əsədov aşağıdakı qaydalara əməl etməyi vacib sayır.

"Avtomobil, metro, taksidən istifadə edənlər qapı cəftəsi, salonun üzlükləri, digər yerlərə əllərini toxundurmasınlar;

Şəxsi avtomobilinizin gündə bir dəfə əsas hissələrini spirt, spirt məhsulları, şirkə, limon suyu vasitələri ilə dezinfeksiya etmək lazımdır;

Ötürmələr qutusunun dəstəyi, qapı əlcəkləri, baş qoyulan yastıqlar, alın şuşələrinin (podpresləri içəridən) daxili hissədən möhkəm yuxarı sadaladığım məhlullarla silmək lazımdır;

Bütün nəqliyyat vasitələrində kəskin qoxulu ətir, spirt, limon suyu, sirkə suyuna hopdurulmuş parça, meyvə kimi vasitələr qoymaq, imuniteti yüksəldən vasitədən istifadə etmək lazımıdır. 

Sonda ekspert bildirib ki, xəstəliyin ən yaxşı müalicəsi ondan qorunmaqdır”.

Bahar Rüstəmli